Dağıstanda öldürülmüş imama bir müddət əvvəl xəbərdarlıq edildiyi ortaya çıxıb

Dağıstanda öldürülmüş imama bir müddət əvvəl xəbərdarlıq edildiyi ortaya çıxıb
# 12 noyabr 2012 13:51 (UTC +04:00)

Dağıstan. Telman Tahirli-APA. Bir gün əvvəl qətlə yetirilmiş Dağıstanın Xacalmaxi kəndində yerləşən cümə məscidinin imamı Hacı Əliyev ənənəvi islamın tərəfdarlarından olub. APA-nın “Reqnum” agentliyinə istinadən verdiyi məlumata görə, imam bu gün günorta saatlarında torpağa tapşırılıb. Onun dəfn mərasimində çoxlu sayda insan, o cümlədən Dağıstanın bir çox şəhər və rayonlarından gəlmiş imamlar qatılıblar.

Mərhumun yaxınları altı ay əvvəl Hacı Əliyevə xəbərdarlıq edildiyini, lakin imamın buna baxmayaraq öz vəzlərini davam etdirdiyini deyib. O, istər Cümə məscidində ibadət zamanı, istərsə yas yerlərində ekstremizmi sərt tənqid edirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR