Azərbaycan MDB-də bütün rayon mərkəzləri TAE xəttinə qoşulan ilk ölkə oldu

Azərbaycan MDB-də bütün rayon mərkəzləri TAE xəttinə qoşulan ilk ölkə oldu
# 19 dekabr 2012 06:50 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Trans Asia-Europa» (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmentinin genişləndirilməsi istiqamətində son mərhələ olaraq Gəncə-Daşkəsən xəttinin tikintisi başa çatıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, artıq Gəncədən Daşkəsən istiqamətində xəttin tikintisi «Aztelekom» İB tərəfindən yerinə yetirilib.


Bu layihənin həyata keçirilməsi ilə Gəncədən Daşkəsənədək bütün kəndlərin birbaşa bu xəttə qoşulması təmin olunub ki, bu da kənd sakinləri üçün daha sürətli və daha keyfiyyətli rabitə xidməti deməkdir.


Daşkəsən rabitəsinin də TAE xəttinə qoşulmaqla Azərbaycan MDB ölkələri arasında bütün rayon mərkəzləri TAE xəttinə qoşulan ilk respublika olub.

Xatırladaq ki, bu layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli protokol imzalanıb. Elə həmin ilin dekabrın 1-də TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb, 2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin ildə Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR