İranlı deputat: “ABŞ-a məxsus pilotsuz təyyarəni dünyaya nümayiş etdirə bilərik”

İranlı deputat: “ABŞ-a məxsus pilotsuz təyyarəni dünyaya nümayiş etdirə bilərik”
# 08 dekabr 2012 16:17 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Lazım gələrsə, ələ keçirdiyimiz ABŞ-a məxsus “ScanEagle” model pilotsuz təyyarəni dünyaya nümayiş etdirərik”. APA-nın məlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Məhəmməd İsmayıl Kövsəri deyib. O bildirib ki, İran İslam İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) yerə endirdiyi pilotsuz təyyarə heç bir zədə almayıb: ““ScanEagle” İranın hava sərhədində ələ keçirilib. ABŞ İran Silahlı Qüvvələrinin gücü qarşısında dəfələrlə yenilib. Yeni pilotsuz təyyarəni ələ keçirməyimiz bunu bir daha təsdiq edir. Amerikalıların heysiyyatına toxunduğu üçün “ScanEagle”ı ələ keçirməyimizi təkzib edirlər. Pentaqon bölgədə heç bir təyyarəsini itirmədiyini deyir. Bu iddiasını necə isbat edə bilər? ABŞ-ın neçə pilotsuz təyyarəsinin olduğunu kim bilir? Amma biz iddiamızı zədəsiz ələ keçirdiyimiz “ScanEagle”ı dünyaya nümayiş etdirməklə isbat edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR