Moskvada general Kərim Kərimov adına 157 saylı məktəbin 15 illiyi qeyd olunub - FOTO

Moskvada general Kərim Kərimov adına 157 saylı məktəbin 15 illiyi qeyd olunub  - <span style="color: red;">FOTO
# 01 dekabr 2012 12:58 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında yerləşən general Kərim Kərimov adına 157 saylı Azərbaycan etnomədəni mənşəli ümumtəsil məktəbinin yaradılmasının 15 illiyi münasibətilə tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə çıxış edən məktəbin direktoru, Azərbaycanın əməkdar müəllimi Aidə Quliyeva məktəbin açılması tarixindən, qarşısına qoyduğu məqsədlərdən danışıb. O bildirib ki, bu gün 157 nömrəli məktəbin 15 illiyi və Kərim Kərimovun 95 illiyi qeyd olunur: “Bizim məqsədimiz Moskvada yaşayan azərbaycanlı uşaqlara Azərbaycan dilini, arixini, mədəniyyətini, öz xalqlarının adət-ənənələrini öyrənmək imkanı verməkdir. Bizim məktəbin özəlliyi ondan ibarətdir ki, o təkmillətli yox, çoxmillətlidir, burada təhsil alan müxtəlif xalqlardan olan uşaqlar isə əlavə olaraq Azərbaycan mədəniyyətini və dilini öyrənirlər. Bizim məktəbdə 31 millətin nümayəndəsi təhsil alır”.

A. Quliyeva Azərbaycan Təhsil Nazirliyinə məktəbə pulsuz vəsaitlərin verilməsinə görə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında məktəbin fəaliyyətini yüksək qiymətləndirib. Səfir məktəbə Kərim Kərimovun adının verilməsinin direktor A. Quliyevanın nailiyyəti olduğunu söyləyib: "Biz öz məktəbimizi qoruyacağıq və onun inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik”.

Daha sonra tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ruslan Quliyev, generak Kərim Kərimovun qızı Suriyə Kərmova çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR