İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək

İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək
# 05 dekabr 2012 09:47 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran ABŞ-ı beynəlxalq məhkəmə instansiyalarına şikayət edəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.

O bildirib ki, rəsmi Tehranın dəfələrlə xəbərdarlığına baxmayaraq, ABŞ yenə də İranın hava sərhədini pozub: “Ələ keçirdiyimiz ABŞ-a məxsus yeni pilotsuz təyyarə bunun dəlilidir. ABŞ daha öncə də İranın hava sahəsinə daxil olub. Beynəlxalq konvensiyalara əsaslanaraq, ABŞ-ın ölkəmizin hava sərhədini pozmasına icazə verməyəcəyik. Haqqımızı beynəlxalq məhkəmə instansiyaları vasitəsilə təmin etməyə çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR