Azərbaycanda İran vətəndaşı bıçaqlanıb

Azərbaycanda İran vətəndaşı bıçaqlanıb
# 25 dekabr 2012 09:47 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda İran İslam Respublikasının vətəndaşı bıçaqlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə Mingəçevir şəhərində baş verib. Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də İran vətəndaşı Fərşid Rüstəmiyə bıçaqla xəsarət yetirən Mingəçevir şəhər sakini Orxan Sadıxov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR