Azərbaycan və Serbiya arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalanacaq - FOTO

Azərbaycan və Serbiya arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalanacaq   - <span style="color: red;">FOTO
# 27 noyabr 2012 10:18 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Serbiya arasında energetika sahəsində əməkdaşlığa dair hökumətlərarası strateji saziş imzalanacaq. «APA-Economics»in məlumatına görə, bunu Serbiyanın baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiç bildirib.

Nazirin sözlərinə görə, energetika sahəsi iki ölkə arasında mövcud əlaqələrin bir qədər də genişləndirilməsi üçün potensial əməkdaşlıq sahəsidir: «Serbiya Balkan yarımadasının mərkəzində yerləşir və mühüm tranzit bölgəsidir. Azərbaycan şirkətləri Serbiyanın energetika sahəsində layihələrdə iştirak edə bilər».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR