Beynəlxalq Avrasiya Mətbuat Fondunun 20 illik yubileyi qeyd olunub - FOTOSESSİYA

Beynəlxalq Avrasiya Mətbuat Fondunun 20 illik yubileyi qeyd olunub  - <span style="color: red;">FOTOSESSİYA
# 04 dekabr 2012 14:51 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasının 20 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Fondun İnformasiya Departamentindən APA-ya verilən məlumata görə, tədbiri BAMF-ın sədri Umud Rəhimoğlu açıb. Sonra BAMF-ın 20 illik fəaliyyətinə həsr olunmuş “Bəşəriyyət üçün xidmətlərə görə” filmi nümayiş etdirilib. Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edərək BAMF-ın sədrini və kollektivini təbrik edib. BAMF-ın fəaliyyətini yüksək qiymətləndirən B.Muradova fondun Azərbaycanda çox vacib işlər gördüyünü xatırladıb: “Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda çox mühüm layihələrə imza atıb. Qeyd etməliyəm ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti artıq Azərbaycan çərçivəsinə sığımır. Fond dünya miqyasında layihələr həyata keçirməyə layiqdir. Bu işdə Umud müəllim başda olmaqla bütün kollektivə uğurlar arzulayıram”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev çıxışında BAMF-ın vətəndaş cəmiyyəti quruculuğundakı səmərəli fəaliyyətindən danışıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev çıxış edərək ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun adından U.Rəhimoğlunu və BAMF kollektivini təbrik edib. O, Azərbaycanda dövlətin qeyri-hökumət təşkilatlarına verdiyi dəstəkdən, ölkəmizdə bu istiqamətdə aparılan işlərdən danışıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov baş nazirinin müavini Əli Həsənovun təbrikini çatdırıb. O, təmsil etdiyi qurumun qeyri-hökumət təşkilatları, o cümlədən BAMF ilə əlaqələrindən danışıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov da yubiley münasibəti ilə BAMF-ın sədri Umud Rəhimoğlunu və kollektivi təbrik edib, rəhbərlik etdiyi təşkilatla BAMF arasındakı 12 ildən çox davam edən səmərəli əməkdaşlıqdan danışıb.

BMT katibliyi adından yubiley təbriki çatdırmaq üçün Azərbaycana gələn BMT-nin İqtisadi-Sosial Şurasının-ECOSOC-un QHT bölməsinin rəhbəri Andrey Abramov da çıxış edib. O, BMT katibliyinin təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə Azərbaycanının dövlət rəsmiləri, millət vəkilləri, bir çox xarici ölkədən gəlmiş qonaqlarla yanaşı beynəlxalq təşkilatların, BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərləri, ölkədə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, o cümlədən Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri, media mənsubları, millət vəkilləri də iştirak ediblər.

Xatırladaq ki, BAMF 1992-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb. BMT qurumları, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BMT-nin İqtisadi- Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) üzvüdür.

2007-ci ildən Azərbaycan Respublikasında fəaliyyətləri Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən təşkilatların siyahısına daxil edilən BAMF Milli QHT Forumunun, Azərbaycan Mətbuat Şurasının yaradıcılarındandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR