Bank Of Baku

Reyestrdə jurnalistlərin hansı məlumatlarının olacağı məlum olub

Reyestrdə jurnalistlərin hansı məlumatlarının olacağı məlum olub
# 26 sentyabr 2022 15:55 (UTC +04:00)

Reyestrdə jurnalistlərin hansı məlumatlarının olacağı bilinib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması qaydaları”nda əksini tapıb.

Qeyd olunub ki, reyestrdə jurnalistin soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları; verilmiş jurnalist vəsiqəsi (o cümlədən olduğu halda əvvəllər verilmiş) haqqında məlumat (nömrəsi, verilmə tarixi, etibarlılıq müddətinin bitdiyi tarix); jurnalistin əmək və ya mülki hüquqi müqaviləsi, habelə əmək fəaliyyəti haqqında ümumi məlumat; fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i; jurnalistin ali təhsili haqqında məlumat; jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR