Azərbaycan Milli İncəsənət Muzeyinin keçid korpusu binasının tikintisi yekunlaşıb - FOTO

Azərbaycan Milli İncəsənət Muzeyinin keçid korpusu binasının tikintisi yekunlaşıb - <span style="color: red;">FOTO
# 05 dekabr 2012 12:42 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Milli İncəsənət Muzeyinin keçid korpusu binasının tikintisi artıq yekunlaşıb. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov məlumat verib. O bildirib ki, Azərbaycan Milli İncəsənət Muzeyinin keçid korpusu binasının tikintisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin sifarişi əsasında həyata keçirilib. Keçid korpusu Azərbaycan Milli İncəsənət Muzeyinin mövcud 9 və 11 nömrəli binalarına mərkəzləşmiş giriş yaratmaq məqsədi ilə tikilib. Keçid korpusunun binası 6 mərtəbədən ibarətdir. Z. Sultanovun sözlərinə görə, korpusun tikintisində Avstriya, İsveç, Türkiyə, Finlandiya və başqa inkişaf etmiş ölkələrin istehsalı etdiyi ən müasir material və avadanlıqlardan istifadə edilib və istehsalçı ölkələrin mütəxəssisləri tərəfindən quraşdırılıb.

Tikintiyə 2011-ci ilin may ayında başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR