Bakıda mehmanxanada yanğın olub

Bakıda mehmanxanada yanğın olub
# 13 dekabr 2012 15:51 (UTC +04:00)

Bakı Fuad Cəfərov – APA. Bakıda mehmanxanada yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Nəsimi rayonunda “Abşeron” mehmanxanasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 kv. m olan camaşırxanada aparat yanıb.

Mehmanxanada mühafizəçi işləyən 1 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Bina yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR