Gürcüstanda həbs olunan rəsmi şəxslər barədə Gürcüstan Daxili İşlər Naziri bəyanat yayıb

Gürcüstanda həbs olunan rəsmi şəxslər barədə Gürcüstan Daxili İşlər Naziri bəyanat yayıb
# 30 noyabr 2012 00:15 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda həbs olunan rəsmi şəxslər barədə Gürcüstan Daxili İşlər Naziri bəyanat yayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bölgə polis idarəsi və dairə prokurorluğunun birgə həyata keçirdikləri operativ tədbir nəticəsində Zestafoni icra hakimiyyətinin rəhbəri və Gürcüstan Güləş Federasiyasının prezidenti Kaxa Qetsadze saxlanılıb. Noyabrın 29-da saxlanılan Kaxa Qetsadze yarım il bundan əvvəlki dava-dalaşa görə prokurorluq tərəfindən şahid qismində dindirildikdən sonra həbs edilib. Bu barədə İmereti (Qərbi Gürcüstan) bölgə qubernatoru Vaxtanq Balavadze bildirib. “Kaxa Qetsadze xuliqanlıq, odlu silahdan istifadə etməklə xəsarət yetirmək maddələri ilə günahlandırılır.”

Noyabrın 29-da daha bir nəfər təkrar saxlanılıb. APA-nın gürcü mətbuatına istinadən məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin keçmiş baş müfəttişliyin rəhbəri Tengiz Quqava məhkəmənin qərarı ilə zaminə buraxıldıqdan sonra ikinci dəfə saxlanılıb. Bu barədə saxlanılan şəxsin vəkili Malxaz Velicanaşvili məlumat yayıb. Onun sözlərinə görə, M. Velicanaşvili prokurorluq tərəfindən dindirildikdən sonra həbs edilib. Vəkil bildirib ki, baş müfəttişliyin rəisi səlahiyyətlərindən sui-istifadə və dövlət əmlakını mənimsəmə maddələri ilə günahkar hesab edilir. Gürcüstan prokurorluğu T. Qunavadan 3 min litr benzinin istifadəsi haqqında hesabat tələb edib.

Gürcüstanda baş verən həbslərlə əlaqədar Vahid Milli Hərəkat (VMH) partiyasının lideri Giorgi Qabaşvili qeyd edib ki, hakim partiya olan “Gürcü Arzusu” VMH nəzarəti altında olan bölgə hakimiyyət orqanlarına geniş masştabda hücuma keçib. “Biz başa düşürük ki, hökumət bütün sahələri siyasi motivlər altında öz rəhbərliyi altına almaq istəyir. Siyasi repressiya Gürcüstanın gündəlik həyatına çevrilib və bunu Qərb yaxşı başa düşür. Biz dünya ictimaiyyətindən adekvat addımlar gözləyirik.”

Gürcüstan prezidenti Mixail Saakaşvili də son həbslərə münasibət bildirib. O, ümidvar olduğunu bildirib ki, ədalət qələbə çalacaq.

ABŞ Dövlət Katibinin ikinci müavini Erik Rubin isə hesab edir ki, Gürcüstan üçün ölkə xaricində həbslərin necə qəbul edilməsi və qiymətləndirməsi vacibdir. “Vacib odur ki, Qərb siyasi sferada inkişafın davam etdiyini görsün. Bu, demokratiyanın inkişafının təsdiqidir. ”

Diplomat qeyd edib ki, ABŞ Gürcüstanda gedən demokratik prosesləri dəstəkləyir və indən belə də Gürcüstanın təhlükəsizlik və müdafiə məsələlərində kömək edəcək, eyni zamanda avroatlantik strukturlara inteqrasiya olunmaqda yardımçı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR