İran, Türkiyə və Misir prezidentlərinin üçtərəfli görüşü keçiriləcək

İran, Türkiyə və Misir prezidentlərinin üçtərəfli görüşü keçiriləcək
# 21 noyabr 2012 01:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Pakistanın paytaxtı İslamabadda İran, Türkiyə və Misir prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin baş direktoru Məhəmmədrza Furkani açıqlama verib. Onun sözlərinə görə, görüş noyabrın 22-də İslamabadda başlayacaq D-8 ölkələrinin liderlərinin zirvə toplantısı çərçivəsində baş tutacaq: “Prezidentlər Mahmud Əhmədinejad, Abdullah Gül və Məhəmməd Mursinin üçtərəfli görüşündə əsas müzakirə mövzusu Suriyadakı böhran olacaq”.

Qeyd edək ki, adıçəkilən toplantı çərçivəsində İran, Türkiyə və Misir xarici işlər nazirlərinin də Suriyadakı böhranın həlli məqsədilə növbəti yığıncağı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR