Bakıda «KaTV1»ə məxsus bəzi xətlər zədələnib

Bakıda «KaTV1»ə məxsus bəzi xətlər zədələnib
# 17 dekabr 2012 14:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı şəhərinin mikrorayonlarında «KaTV1» kabel televiziya operatorunun yayımında dayanmalar baş verə bilər.

Televiziya operatorundan «APA-Economics»ə verilən məlumata görə, paytaxtda aparılan tikinti işləri ilə əlaqədar «KaTV1»ə məxsus bəzi telekommunikasiya xətləri zədələnib: «Buna görə, bizdən asılı olmayan səbəblərdən mikrorayonlarda yayım zamanı dayanmalar baş verə bilər. Baş vermiş nasazlığın aradan qaldırılması istiqamətində işlər aparılır. Hadisə yerində «KaTV1» kabel operatorunun bərpa briqadaları işləyir. Tezliklə abunəçilər keyfiyyətli yayımla təmin olunacaq. Müvəqqəti narahatçılığa görə üzr istəyirik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR