Penitensiar Xidmət Qobustan həbsxanasında baş vermiş intihar hadisəsinə münasibət bildirib

Penitensiar Xidmət Qobustan həbsxanasında baş vermiş intihar hadisəsinə münasibət bildirib
# 27 noyabr 2012 08:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Qobustan Həbsxanasında intihar edən məhkum Elşən Məmmədov həbsxana əməkdaşları və məhkumlar tərəfindən heç bir fiziki təsirə məruz qalmayıb ”. Bunu “Respublika” qəzetinin bugünkü sayında dərc olunan məqaləsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov qeyd edib.

H. Əlixanov Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.2.2, 129.1, 181.2.2, 181.2.5, 181.3.3, 120.2.11-ci maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhkum edilən Elşən Məmmədovun cəza çəkdiyi 9 il ərzində bir neçə dəfə Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə kursu keçdiyini bildirib: “Elşən Məmmədov müalicə olunduqdan sonra yenidən həbsxanaya qaytarılıb. O, cəza çəkdiyi müddətdə hər hansı qanunsuz rəftara məruz qalmayıb. Lakin cəza çəkdiyi müddət ərzində qohum və tanışlarının görüşə gəlməməsi, eləcə də onunla telefon əlaqəsi yaratmamaları cəzasını çəkməyə dözümsüz münasibət göstərməsi onda intihara gətirib çıxara biləcək mənəvi psixoloji sarsıntı halının yaranmasına səbəb olub. Real həqiqət isə faktla bağlı Qaradağ rayon Prokurorluğunda hazırda istintaqı aparılan cinayət işinin nəticəsindən asılı olaraq müəyyən ediləcəkdir. Lakin son vaxtlar bir sıra mətbu orqanlarda dərc olunmuş yazılarda Penitensiar Xidmətin müəssisələrində cəza çəkən məhkumların vəfatı və çox təsadüfü hallarda intihar etməsi faktları ilə bağlı yanlış mülahizələr irəli sürülür, bu faktlar əsassız olaraq saxlanma şəraiti və işgəncələrlə əlaqələndirilir. Yazı müəllifləri əldə etdikləri hər hansı məlumatda adiyyatı qurumlara deyil, cəza çəkən yaxın qohumlarına xüsusi imtiyazlar əldə etmək naminə böhtan və iftiralardan çəkinməyən şəxslərin fikirlərinə əsaslanırlar. Unutmaq olmaz ki, əsassız ittihamlardan, böhtandan imtina edilməsi müqəddəs jurnalist peşəsinin əsas prinsiplərindən biridir. Bu prinsiplərə ə əməl edilməli, şəxsli-qərəzli münasibətə son qoyulmalıdır ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR