Dövlət Komitəsi məişət zorakılığına məruz qalan şəxslər üçün dövlət mərkəzlərinin yaradılması təklif edir

Dövlət Komitəsi məişət zorakılığına məruz qalan şəxslər üçün dövlət mərkəzlərinin yaradılması təklif edir
# 26 dekabr 2012 11:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda məişət zorakılığına məruz qalan uşaqların sayı həddindən artıq çoxdur. Hər il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2000-2500-ə yaxın müraciət daxil olur. Bu müraciətlərin 30-40 faizini isə məişət zorakılığına məruz qalanlarla bağlı olur”. Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov deyib. O bildirib ki, məişət zorakılığına məruz qalanların bir çoxu qeydiyyata alınmadığı üçün onların sayı rəsmi qeydiyyatda göstərilən rəqəmlərdən çox olur: “Həmin insanlara keyfiyyətli yardımın göstərilməsində nöqsanlar çoxdur. Yerli icra strukturları, bir çox insanlar onların müdafiəsi üçün hansı işlər görməli olduğunu bilmir. Bundan əlavə, bu gün Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslər üçün dövlət mərkəzləri ümumiyyətlə, yoxdur. Komitə tərəfindən 3 mərkəz yaradılsa da, onlar lazımi xidmət göstərə bilmir. Buna görə də görülən tədbirlər və xidmətlər gücləndirilməli, yeni mərkəzlər yaradılmalı və keyfiyyət artırılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR