Əli İsmayılov: “Pərviz Bağırovun İrəvanda finala çıxmaq üçün yaxşı şansı var”

Əli İsmayılov: “Pərviz Bağırovun İrəvanda finala çıxmaq üçün yaxşı şansı var”
# 05 dekabr 2012 10:28 (UTC +04:00)

Bakı – APA. “Qızıl medal qazanmalıyıq. Bu, bizim üçün fəxr olar. Çünki Ermənistanda Azərbaycan himnini səsləndirəcəyik”. Bunu apasport.az saytına açıqlamasında veteran boksçumuz Əli İsmayılov deyib.

Təcrübəli idmançı Ermənistanda keçirilən gənc boksçular arasında dünya çempionatında Azərbaycan yığmasının iştirakına münasibət bildirib.

Onun sözlərinə görə, yarımfinala yüksələn Pərviz Bağırov (64 kq) həlledici döyüşə vəsiqə uğrunda qvatemalalı Lester Normandi Martines Tuta qalib gəlməkdə elə də çətinlik çəkməyəcək: “Onun finala çıxmaq üçün yaxşı şansı var. Çünki Qvatemalada ciddi boks məktəbi yoxdur. Qələbə ona finalda da ruh yüksəkliyi verəcək”.

Qeyd edək ki, yarımfinala çıxmaqla özü üçün bürünc medalı təmin edən Bağırov Tutla döyüşə sabah çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR