NATO Parlament Assambleyasının payız sessiyasının yekun qətnaməsinə Azərbaycanın təklifi ilə dəyişiklik edilib

NATO Parlament Assambleyasının payız sessiyasının yekun qətnaməsinə Azərbaycanın təklifi ilə dəyişiklik edilib
# 13 noyabr 2012 16:47 (UTC +04:00)

APA-nın Brüsseldə olan əməkdaşının bildirdiyinə görə, bu barədə Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim bildirib.

Onun sözlərinə görə, qətnamədə NATO qüvvələrinin 2014-cü ildə Əfqanıstandan çıxarılması marşrutları qeyd olunsa da, orada Xəzər dənizi - Cənubi Qafqaz dəhlizi qeyd olunmayıb. Azərbaycanı təmsil edən deputatlar tərəfindən məsələ qaldırıldıqdan sonra bu marşrut sənədə əlavə olunub: «Qətnamədə Mərkəzi Asiya-Rusiya və Pakistan marşrutları göstərilmişdi. Azərbaycan, Gürcüstanı və Türkiyəni əhatə edən Cənubi Qafqaz dəhlizi ən qısa və optimal yoldur. Bizim heyət səy göstərərək bunu sənədə daxil etdirdi».

Diplomat deyib ki, indiyədək NATO-nun Əfqanıstana daşınan qeyri-hərbi yeklərinin 35%-i Azərbaycan üzərindən yerinə yetirilib. Bu yaxınlarda Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və nəqliyyat nazirinin müavini Musa Pənahov NATO-da səfərdə olub və Əfqanıstandan çıxarılan yüklərin Azərbaycan üzərindən Avropaya daşınmasına dair müzakirələr aparılıb. Əfqanıstandan çıxarılan yüklərin bir hissəsinin 2013-cü ildə istifadəyə veriləcək Bakı-Tiflis-Qars dəmiryolu ilə Avropaya daşınması proqnozlaşdırılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR