Şəkidə “Mercedes” “KamAZ”a çırpılıb, bir nəfər ölüb

Şəkidə “Mercedes” “KamAZ”a çırpılıb, bir nəfər ölüb
# 26 dekabr 2012 07:11 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda baş verən yol qəzasında bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bir nəfərin ölümü ilə nəticələnən yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 20-ci km-liyində, Şəki rayonu ərazisində qeydə alınıb.

Şəki rayonunun Kiçik Dəhnə kənd sakini, 1981-ci il təvəllüdlü Sədrəddinov Tural Məmməd oğlunun idarə etdiyi “Mercedes” markalı 55 BL 362 dövlət nömrə nişanlı avtomobillə Valeh Rəhimovun idarə etdiyi “KamAZ” markalı 50 BS 293 dövlət nömrə nişanlı yük maşını qarşı-qarşıya toqquşub. Baş vermiş qəza nəticəsində “Mercedes”in sürücüsü Tural Sərəddinov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR