Azərbaycanın xarici işlər naziri Əfqanıstanın yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri Əfqanıstanın yeni təyin olunmuş səfirini qəbul edib   - <span style="color: red;">FOTO
# 23 noyabr 2012 15:39 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Şakir Kargarı qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edən səfir Azərbaycana təyin olunmasından məmnunluğunu bildirib və ölkəmizin inkişafından təsirləndiyini söyləyib. Məhəmməd Şakir Kargar Azərbaycanda çalışacağı dövr ərzində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.

E.Məmmədyarov iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin və gücləndirilməsinin zəruriliyini vurğulayıb. Nazir yeni təyinatı ilə bağlı səfiri təbrik edib və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR