İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurmağa cəhd edib

İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurmağa cəhd edib
# 09 noyabr 2012 07:52 (UTC +04:00)
APA-nın xəbərinə görə, Pentaqonun rəsmi nümayəndəsi Corc Littl pilotsuz aparatın zərər görmədiyini və bazaya qayıtdığını açıqlayıb. Noyabrın 1-də baş vermiş insident haqda ABŞ prezidenti Barak Obama, müdafiə naziri Leon Panetta və Konqresin liderləri dərhal məlumatlandırılıb.

Pentaqondan bildiriblər ki, İranın Rusiya istehsalı olan iki ədəd Su-25 hərbi təyyarəsindən “MQ Predator” pilotsuz uçuş aparatına atəş açılıb: “Bizim uçuş aparatımız İran hava məkanına daxil olmayıb və beynəlxalq hava məkanında hərəkət edib”.

Olaya rəğmən ABŞ tərəfi Fars Körfəzinin beynəlxalq suları üzərində uçuşları davam etdirəcəyini Tehranın nəzərinə çatdırıb. C. Littl bəyan edib ki, lazım gələrsə ABŞ Silahlı Qüvvələri bu cür provokasiyalara reaksiya verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR