Rusiya İranla ABŞ arasında birbaşa müzakirələrin aparılmasını təklif edib

Rusiya İranla ABŞ arasında birbaşa müzakirələrin aparılmasını təklif edib
# 13 noyabr 2012 10:26 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Rusiya İranla ABŞ arasında birbaşa müzakirələrin aparılmasını təklif edib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, rəsmi Moskva İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin həlli üçün Tehranla Vaşinqton arasında təkbətək görüşlərin keçirilməsini müsbət qarşılayır.

“Rusiya İsrailin hücum planının qarşısını almaq üçün Vaşinqtonla Tehranın bilavasitə diplomatik müzakirələr aparmasını istəyir. Hazırda İranla ABŞ arasında qeyri-rəsmi təmaslar mövcuddur. Amma birbaşa müzakirələr aparılması da mümkündür və belə bir danışıqların həyata keçirilməsi bizə heç bir vəchlə problem törətməz. Ona görə də iki ölkə arasında birbaşa müzakirələrin aparılmasına müxalif deyilik” – deyə nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR