Azərbaycanda stasionar arxeoloji ekspedisiyalar yaradılacaq

Azərbaycanda stasionar arxeoloji ekspedisiyalar yaradılacaq
# 24 dekabr 2012 09:42 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Gələn il Azərbaycanın müxtəlif ərazilərində stasionar arxeoloji ekspedisiyalar yaradılacaq. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib. Onun sözlərinə görə, 2013-cü ildə ölkə ərazisində arxeoloji tədqiqatların daha da genişləndirilməsi nəzərdə tutulur: “Bəzi rayonlarda stasionar (il boyu fəaliyyət göstərən) ekspedisiyalar yaradılacaq. İndiyədək bir stasionar ekspedisiya Şəmkirdə aşkar olunan orta əsr şəhərində il boyu tədqiqat aparırdı. Stasionar tədqiqatlar özünü çox doğrulda bilər. Adi halda arxeoloji ekspedisiyalar iki ay aparılır. Bu halda abidələri konservasiya eləmək çox çətin olur. Qar, yağış da abidələrə pis təsir edir. Ekspedisiyalar stasionar olanda, il boyu işləyəndə abidənin əhəmiyyəti daha qabarıq üzə çıxır, onların dağılmasının qarşısı alınır”.

M. Rəhimova deyib ki, gələn il Qarabağla bağlı arxeoloji tədqiqatlar daha da genişlənəcək. Stasionar ekspedisiyanın biri məhz Qarabağ ərazisində təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR