“Azərsu”nun kollecə qarşı apellyasiya şikayəti təmin olunmayıb

“Azərsu”nun kollecə qarşı apellyasiya şikayəti təmin olunmayıb
# 05 dekabr 2012 15:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Azərsu” ASC-nin Bakı Neft Energetika Kollecinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, “Azərsu” ASC su pulu borcunun ödənilməsi barədə iddia ilə 2 saylı Bakı Yerli İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan isə apellyasiya şikayəti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR