Quba-Xaçmaz yolunda baş verən qəzada sürücü ölüb

Quba-Xaçmaz yolunda baş verən qəzada sürücü ölüb
# 14 noyabr 2012 12:41 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün günorta saatlarında Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində, Hacıhüseynli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Quba rayonu, Alekseyevka kənd sakini, 29 yaşlı Qurbanov Murad Mövlud oğlunun idarə etdiyi 10 RX 084 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yolun kənarındakı ağaca çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Maşın deformasiyaya uğradığından Murad Qurbanovun meyiti avtomobildən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR