«Alfa Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Alfa Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 29 noyabr 2012 09:04 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Alfa Sığorta» ASC-nin kütləvi təklif üsulu ilə yerləşdirilən adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 030 ədəd, emissiyanın ümumi həcmi isə 1,030 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Alfa Sığorta» şirkətinin səhmlərinin yerləşdirilməsinə yaxın vaxtlarda başlanacağı gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 15,2% artaraq 7,780 mln. manata çatacaq.

Xatırladaq ki, səhmdarı (100%) «Bank Technique» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 6,750 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR