Rüstəm Əbülfətoğlu Medianın İnkişafı Agentliyində (MEDİA) Media subyektləri və jurnalistlərlə iş, mediaya dəstək layihələri departamentinin direktoru vəzifəsindən ayrılıb.
APA-nın xəbərinə görə, o, bu barədə “Facebook” hesabında məlumat yayıb.
Rüstəm Əbülfətoğlu bildirib ki, ona göstərilmiş etimadın məsuliyyətindən çıxış edərək MEDİA-dakı fəaliyyətini bu gün öz xahişi ilə başa vurub.