Azərbaycan Beynəlxalq Bankı təsisçi olduğu qurumların kapitalını artırır

Azərbaycan Beynəlxalq Bankı təsisçi olduğu qurumların kapitalını artırır
# 15 noyabr 2012 14:24 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) bir sıra törəmə qurumlarının kapitallaşmasını artırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bəyan edib ki, Beynəlxalq Sığorta Şirkətinin kapitalının 5-6 mln. manat artırılması ilə bağlı artıq razılıq əldə edilib və hazırda məsələ ilə bağlı Müşahidə Şurasının qərarı gözlənilir.

Qeyd edək ki, hazırda sığorta şirkətinin nizamnamə kapitalı 8 mln. manat təşkil edir və C.Hacıyevin sözlərinə görə, kapitallaşmanın istənilən səviyyədə olmaması şirkətin fəaliyyətini üçün müəyyən dərəcədə məzdudlaşdırır.

Bundan başqa, «ABB-Moskva» və «ABB-Gürcüstan» banklarının kapitallaşmasının artırılması nəzərdə tutulur. C.Hacıyevin sözlərinə görə, bu banklar ötən ili mənfəətlə başa vurub və həmin vəsait dividend şəklində paylanmayıb, kapitallaşmanın artırılmasına yönəldilib. Bu ilin nəticələrinə görə də mənfəət gözlənilir və ötən ildə olduğu kimi ABB həmin qazandığı vəsaiti kapitalın artırılmasına istiqamətləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR