Bakıda keçirilən həftəsonu yarmarkalarında indiyədək 150 min ton məhsul satılıb

Bakıda keçirilən həftəsonu yarmarkalarında indiyədək 150 min ton məhsul satılıb
# 22 dekabr 2012 09:18 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu günə kimi həftə sonları Bakıda keçirilən kənd təsərrüfatı məhsulları yarmarkalarında 150 min ton məhsul satılıb. Bunu «APA-Economics»ə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.


İ.Abasovun sözlərinə görə, yarmarkaların keçirilməsi 2006-cı ildə başlanılıb və o vaxtdan ümumilikdə 680 yarmarka təşkil olunub. Bu gün və sabah Bakıda keçirilən yarmarkalarda satışa təxminən 600 ton məhsul çıxarılacaq.


İ.Abasov həmçinin yarmarkalarda müşahidə olunan qiymətlərin onu qane etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR