Bank Of Baku

Sahibə Qafarova Bəxtiyar Sadıqovu “Azərbaycan” qəzetinin işini bu günün tələblərinə uyğun qurmaya çağırıb

Sahibə Qafarova

© APA | Sahibə Qafarova

# 13 iyun 2023 12:41 (UTC +04:00)

Parlamentin sədri Sahibə Qafarova “Azərbaycan” qəzetinin Baş redaktoru, deputat Bəxtiyar Sadıqovun qəzetin maliyyə problemi ilə üzləşməsi barədə fikirlərinə münasibət bildirib.

APA xəbər verir ki, Bəxtiyar Sadıqov sistemli pul ayrılmasa, “Azərbaycan” qəzetin fəaliyyətini dayandıracağını deyib. O əlavə edib ki, qəzet Milli Məclisin orqanıdır, lakin yardım üçün müraciət etsə də, Milli Məclisdən müsbət cavab ala bilməyiblər.

Sahibə Qafarova isə Bəxtiyar Sadıqovun çıxışına cavab olaraq vurğulayıb ki, üç ildə Milli Məclis hər zaman qəzetə dəstək olub: “Sizinlə də bu barədə danışılıb. Ancaq Siz işinizi zamanın bugünkü tələblərinə uyğun qurmalısınız. Aidiyyəti qurumlar da Sizinlə danışıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR