ABŞ İrana qarşı yeni sanksiyalar qəbul edib

ABŞ İrana qarşı yeni sanksiyalar qəbul edib
# 09 noyabr 2012 09:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Dövlət Departamentin sözçüsü Viktoriya Nuland açıqlama verib.

O bildirib ki, yeni sanksiya siyahısına İranın informasiya texnologiyaları və telekommunikasiya naziri Rza Tağıpur da olmaqla, 4 İran rəsmisi və 5 dövlət qurumu daxil edilib: “Yeni sanksiyalar İran hökumətinin əhalinin ifadə və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmasına, mediaya senzura tətbiq etməsinə qarşı yönəlib. Orada peyk antenaları qadağan edilir, əhalinin internetdən istifadəsinə əngəllər törədilir. İran hökuməti azadlığın məhdudlaşdırılmasını kampaniya şəklində həyata keçirir. Sanksiyaya məruz qalan dövlət qurumlarından biri də İranın İslami İrşad və Mədəniyyət Nazirliyidir. Çünki bu qurumun əmri və göstərişi ilə qəzetlər bağlanır, jurnalistlər həbs edilir. Hazırda İranda həbsdə olan və işgəncə görən çox sayda fəal, jurnalist, vəkil, tələbə və sənətçi var”.

V. Nuland əlavə edib ki, yeni sanksiyaya əsasən, ABŞ vətəndaşlarının adları qara siyahıda olan iranlılarla əməkdaşlıq etməsi və həmin şəxslərin ABŞ-a səyahət etməsi qadağandır.

Qeyd edək ki, İrana qarşı yeni sanksiya B.Obamanın ikinci dəfə prezident seçiləndən sonra xarici siyasətlə bağlı qəbul etdiyi ilk qərardır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR