Bu il Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 17671 əcnəbi aşkarlanıb

Bu il Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 17671 əcnəbi aşkarlanıb
# 26 dekabr 2012 15:31 (UTC +04:00)

Aşkar olunmuş şəxslərdən 3246 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 12476 nəfər barəsində 48 saat ərzində ölkəni tərk etmə, 1623 nəfər əcnəbinin inzibati qaydada ölkə ərazisindən məcburi çıxarılması, 235 nəfərin üzərindən məhdudiyyətin götürülməsi, 91 nəfər şəxs barəsində isə vəsiqə itirilməsi ilə bağlı qərarlar qəbul olunub. Yoxlamalar aparılmış 583 sahibkarlıq subyektindən 297-nin fəaliyyətində inzibati hüquq pozuntusu aşkar edilərək müvafiq tədbirlər görülüb.

Xidmət rəisi nəzərə çatdırıb ki, ölkə ərazisində qanunsuz miqrantların müəyyən edilməsi, onlar tərəfindən qanunvericiliyə riayət olunması məqsədi ilə DMX nəzdində Monitorinq Qrupu yaradılıb. Ölkə ərazisinə giriş-çıxışa nəzarət mexanizmi tam təmin edilib. Belə ki, 108751 nəfər əcnəbi barədə məlumatlar təhlil edilib, onlardan 15344 nəfər əcnəbinin ölkə ərazisində qeyri-qanuni olması müəyyənləşdirilib.

Miqrasiya sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışan F. Nəbiyev Miqrasiya Məcəlləsinin yekun layihəsinin Prezident Administrasiyasına təqdim edildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR