İran parlamentinin sədri İraqa səfər edib

İran parlamentinin sədri İraqa səfər edib
# 27 noyabr 2012 10:11 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran parlamentinin sədri Əli Laricani bu gün İraqa səfər edib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Ə.Laricani iki günlük səfər çərçivəsində İraqın bir sıra rəsmiləri ilə görüşəcək. Görüşdə Suriyadakı böhran başda olmaqla digər regional məsələlər əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, İran parlamentinin sədri bundan əvvəl Suriya, Livan və Türkiyədə səfərdə olub. Keçirilən görüşlərdə Suriyadakı böhran başda olmaqla digər regional məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR