İsrail bombardmanı nəticəsində azı 80 fələstinli həlak olub

İsrail bombardmanı nəticəsində azı 80 fələstinli həlak olub
# 19 noyabr 2012 07:57 (UTC +04:00)

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, ölənlər arasında 4 uşaq və 81 yaşlı qadın da var. Ümumən İsrailin son əməliyyatı nəticəsində 81 fələstinli həlak olub, onların təxminən yarısı dinc sakinlərdir. Yaralıların sayı 720 nəfərdir.

Noyabrın 19-da səhər İsrailin aviasiya zərbələri nəticəsində Qəzzada bir ailəyə məxsus 2 ev dağıdılıb. Şəhər administrasiyasının nümayəndəsi Əşrəf əl-Kidra 2-si uşaq olan 4 nəfərin öldüyünü, 42 nəfərin yaralandığını açıqlayıb. 12-15 nəfər dağıntılar altında qalıb.

Əməliyyat başladıqdan bəri İsrail Qəzza sektoruna mindən çox hava zərbəsi endirib. Bundan başqa, Qəzza Aralıq dənizi sahillərindəki gəmilərdən də atəşə tutulur. İsrail tərəfi HAMAS-ın hərbi obyektlərini, yeraltı raket qurğularını, silah qaçaqmalçılığı üçün istifadə olunan yeraltı tunelləri hədəfə götürdüyünü bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR