ABŞ-da azərbaycanlını qətlə yetirən şəxs tutulub

ABŞ-da azərbaycanlını qətlə yetirən şəxs tutulub
# 19 noyabr 2012 13:41 (UTC +04:00)

APA-nın “Chicago tribune” qəzetinə istinadən verdiyi məlumata görə, o azərbaycanlını qətlə yetirməkdə və onun rəfiqəsini girov götürməkdə ittiham olunur. Hadisəni araşdıran polislər qətl hadisəsi və Cozef Spitallinin həbsi barədə ətraflı məlumat verməsələr də, Teymur Hüseynlinin bıçaqla öldürüldüyünü bildiriblər. Qatil daha sonra azərbaycanlının rəfiqəsinin evinə gələrək, onu girov götürüb. Lakin polis bir neçə saatdan sonra qatili həbs edib.

Öldürülən şəxsin rəfiqəsi hələ sentyabrda məhkəməyə müraciət edərək, onu Cozef Spitallidən müdafiə etməyə xahiş edib. Lakin məhkəmə bu müraciəti əsassız sayaraq rədd edib. Qadının dostları bildiriblər ki, o əvvəllər qatillə uzun müddət görüşüb, lakin sonradan ondan ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR