“Azersun Holding”in dəstəyi ilə növbəti sosial layihəyə start verilib

“Azersun Holding”in dəstəyi ilə növbəti sosial layihəyə start verilib
# 19 noyabr 2012 15:45 (UTC +04:00)

Bakı – APA-Economics. “Azersun Holding”in dəstəyi ilə növbəti sosial layihəyə start verilib.

Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, “AİESEC Azərbaycan” Beynəlxalq Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “View the World - Refugee Camp” (Dünyanı Tanı - Qaçqın Düşərgəsi) layihəsi Gənclər və İdman Nazirliyi və “Azersun Holding”in dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində Biləsuvar, Ağdam və Goranboy rayonlarında qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə müxtəlif təlimlər keçiriləcək. Bu layihə 8-18 yaş arası 180 tələbənin ingilis dili, kompyuter və digər önəmli sahələr üzrə bacarıq və biliklərinin inkişaf etdirilməsini nəzərdə tutur. Bunun üçün Avstriya, Mərakeş, Hindistan, İtaliya və s. ölkələrin AİESEC üzvlərindən ibarət 6 ixtisaslaşmış təlimçi dəvət olunub. Təlimçilər müvafiq rayonlar üzrə seçilmiş məktəblərdə əvvəlcədən tərtib edilmiş qrafik üzrə dərs keçəcək, tələbələri digər ölkələrin mədəniyyəti haqqında məlumatlandıracaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR