Bakıda qanunsuz totalizator fəaliyyəti göstərən daha 4 obyekt aşkar edilib

Bakıda qanunsuz totalizator fəaliyyəti göstərən daha 4 obyekt aşkar edilib
# 19 noyabr 2012 13:23 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Vergilər Nazirliyi yanında Vergi auditi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərinin Yasamal, Xətai, Nəsimi və Səbail rayonları ərazisində vergi nəzarəti tədbirləri keçirilərkən 4 obyektdə qanunsuz totalizator oyunlarının keçirildiyi aşkar olunub.

Nazirlikdən « APA-Economics »ə verilən məlumata görə, Yasamal rayonu, Zahid Xəlilov küçəsi,43 ünvanında yerləşən, Rafiq Cəbrayıl oğlu Şərifova məxsus, Xətai rayonu, Qədir Məmmədov küçəsi,3/20 ünvanında yerləşən, Pənah Sultanağa oğlu Şıxəliyeva məxsus, Nəsimi rayonu, Cavadxan küçəsi,17 ünvanında yerləşən, Zaur Hasil oğlu Qurbanova məxsus, Səbail rayonu, Xəqani küçəsi,31 ünvanda yerləşən «Alsefay» MMC-yə məxsus obyektlərdən qanunsuz fəaliyyəti təsdiq edən kompyuter dəstləri, noutbuklar, televizorlar, faks və printer aparatları, modemlər, «qara mühasibatlıq» sənədləri, mərc oyununda ödəniş etmək üçün qəbz formaları və kuponlar, oyun kartları və s. dəlillər vergi əməkdaşları tərəfindən müvafiq sənədləşmələr aparılaraq götürülüb. Keçirilən tədbir zamanı həmin obyektlərdə nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl edilmədiyi də müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR