«Bank SilkWay» nizamnamə kapitalını artırır

«Bank SilkWay» nizamnamə kapitalını artırır
# 30 noyabr 2012 07:18 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank SilkWay» ASC-nin adi adlı sənədsiz səhmlərinin yeni emissiya prospektini dövlət qeydiyyatına alıb.


QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 138 manat, sayı 116 160 ədəd, emissiyanın ümumi həcmi isə 16 030 080 manat təşkil edir.


Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 45,7% artaraq 51,120 mln. manata çatacaq.


Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Sonradan bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» QSC və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və bir neçə fiziki şəxs çıxış edir.


Bu il oktyabrın 1-nə bankın aktivləri 95,646 mln. manat, kredit portfeli 31,558 mln. manat, depozit portfeli 39,697 mln. manat, məcmu kapitalı 39,898 mln. manat, o cümlədən nizamnamə kapitalı 35,090 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR