«Glencore International» şirkəti Azərbaycandan mis alacaq

«Glencore International» şirkəti Azərbaycandan mis alacaq
# 17 dekabr 2012 13:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda qızıl hasilatı ilə məşğul olan «Anglo-Asian Mining» şirkəti xammalın satışı üzrə dünyanın ən iri şirkətlərindən biri olan İsveçrənin «Glencore International» şirkəti ilə «Gədəbəy» yatağından hasil olunan misin satışı üzrə müqavilə bağlayıb. «APA-Economics»in məlumatına görə, «Glencore International» şirkəti hər ay 250 metrik ton mis alacaq.

«Anglo-Asian Mining» şirkətinin rəhbəri Reza Vəziri bu müqavilənin imzalanmasının böyük sevinc olduğunu söyləyərək bildirib ki, bu, şirkətin mənfəətini artıracaq. Həmçinin o bildirib ki, gələcəkdə məcmu ehtiyatların həcmi 2,9 min metrik ton olan mis konsentratın satılması nəzərdə tutulur. R.Vəziri bəyan edib ki, gələn il hədəf kimi 49-51 min unsiya qızıl və 600 ton misin hasil edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR