Bakıda “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının açılış mərasimi keçiriləcək

Bakıda “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının açılış mərasimi keçiriləcək
# 31 iyul 2017 09:22 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları – 2017” çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi avqustun 1-də saat 18.30-da Bakı Dənizkənarı Bulvarında (Saat qülləsinin qarşısında) başlanacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində ictimaiyyət nümayəndələri, şəhər sakinləri, hərbçilər və ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin nümayəndələri iştirak edəcəklər.

Qeyd olunub ki, yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də, müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR