Putin: "BMT regional münaqişələrə xüsusi diqqət ayırmalıdır"

Putin: "BMT regional münaqişələrə xüsusi diqqət ayırmalıdır"
# 03 oktyabr 2017 12:53 (UTC +04:00)

"BMT regional münaqişələrə xüsusi diqqət ayırmalıdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə xarici ölkə səfirlərinin etimadnamələrinin qəbulu mərasiminə həsr olunan tədbirdə bildirib. "BMT regional münaqişələrin həllinə, onların möhkəm, dayanıqlı və uzunmüddətli nizamlanmasının təmin olunmasına xüsusi diqqət ayırmalıdır", - deyə o, vurğulayıb.

Qeyd edək ki, V. Putin bu gün Kremldə 20 ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul edib. Yeni təyin olunan səfirlər arasında ABŞ səfiri Con Hantsman da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR