BVF: Azərbaycan ÜTT-yə üzv olma prosesini sürətləndirə bilər

BVF: Azərbaycan ÜTT-yə üzv olma prosesini sürətləndirə bilər
# 20 noyabr 2012 10:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olma prosesini bir qədər sürətləndirə bilər. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi bildirib.

Onun sözlərinə görə, ixracı stimullaşdıra, iş yerləri yarada, diversifikasiyanı dəstəkləyə bilən və aparıcı qüvvəsi rəqabət qabiliyyətli özəl sektoru olan qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi üçün dərin struktur islahatları həlledici əhəmiyyət kəsb edəcək: «Yeni Gömrük Məcəlləsinin tətbiqi, ÜTT-yə üzvlüyün yekunlaşdırılması və rəqabət üçün maneələrin məhdudlaşdırılması neftdən daha az asılı olan yeni iqtisadi artım strategiyasının hazırlanmasında əsas rol oynayacaq».

R.Almarzoqi onu da əlavə edib ki, Azərbaycan hökuməti dövlət investisiyalarını qısa, orta və uzunmüddətliyə bölüşdürməlidir. Məhz bu addım özəl sektorun marağını bir qədər də artıracaq.

BVF rəsmisi həmçinin bildirib ki, Azərbaycan hökuməti ÜTT-yə üzv olma prosesini bir qədər də sürətləndirə bilər və artıq ortamüddətli perspektivdə ölkə bu təşkilata tamhüquqlu üzv ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR