Ukrayna vətəndaşını Bakıda maşın vurub

Ukrayna vətəndaşını Bakıda maşın vurub
# 17 dekabr 2012 11:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ukrayna vətəndaşını Bakıda maşın vurub. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 14-də Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində, dəmir yolu keçidinin yaxınlığında Ukrayna vətəndaşı Anna Retrovnanın üzərində xəsarətlər olan meyiti tapılıb.

Araşdırmalar zamanı onun Ələt qəsəbə sakini Ramin Bağıyev tərəfindən idarə edilən «Ford-Tranzit» markalı avtomaşınla vurulması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR