Azərbaycan Maliyyə Nazirliyi mühasibat uçotu üzrə təlimlərin ikinci mərhələsinə başlayıb

Azərbaycan Maliyyə Nazirliyi mühasibat uçotu üzrə təlimlərin ikinci mərhələsinə başlayıb
# 22 noyabr 2012 11:33 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda mühasibat uçotu sektorunda peşəkar mütəxəssislərin hazırlanması və onların davamlı təhsil konsepsiyasını təmin etmək məqsədilə Maliyyə Nazirliyinin Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzində dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssisləri üçün təlimlərin ikinci mərhələsinə start verilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Mühasibat uçotunun təşkilində Azərbaycanın qanunvericiliyinin və vergilərin rolu» mövzusunda keçirilən təlimlər yerli və xarici mütəxəssislər tərəfindən aparılır.

Maliyyə Nazirliyinin Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi çərçivəsində mühasibat uçotu subyektlərinin müvafiq mütəxəssislərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə fasiləsiz tədris prosesinin təşkili nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR