Novruz Aslanov seçicilərini qəbul edib

Novruz Aslanov seçicilərini qəbul edib
# 25 noyabr 2017 09:33 (UTC +04:00)

Milli Məclisin deputatı Novruz Aslanov noyabrın 24-də İsmayıllı rayonunda növbəti qəbulunu keçirib.

APA-nın xəbərinə görə, seçicilərinin qəbulu millət vəkilinin iş qrafikinə uyğun olaraq İsmayıllı şəhərində təşkil olunub. Qəbula gələn sakinlər əsasən müalicə, müayinə və sosial yönümlü problemlərlə bağlı deputata müraciət ediblər. Qaldırılan məsələlərin bir neçəsi yerindəcə həllini tapıb, digər məsələlərlə bağlı deputat əlaqədar qurumlara rəsmi müraciətlərin ediləcəyini bildirib.

Məlumat üçün bildirək ki, N. Aslanovun fəaliyyəti ilə bağlı hər il hazırladığı “Hesabat” toplusu artıq çapa verilib. Hesabat 2015-2017-ci illəri, yəni N. Aslanovun 2 illik deputatlıq fəaliyyətini əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR