Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasim keçirilib

Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasim keçirilib
# 11 dekabr 2012 09:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, tədbirdə hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib. Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratdığını qeyd edən X. Vəliyev onun dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdən olduğunu bildirib.

X. Vəliyev həmçinin bildirib ki, müstəqil Azərbaycanın mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğa və formalaşmasına görə Heydər Əliyev şəxsiyyətinə borcludur: “Azərbaycan Respublikasının Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub”.

Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi islahatları uğurlu davam etdirildiyini vurğulayan hərbi prokuror, bu gün dövlətimizin başçısının Azərbaycanın iqtisadi və sosial inkişafına, ölkədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən bəhs edib. X. Vəliyev Hərbi Prokurorluğun kollektivinin Heydər Əli­ye­vin döv­­­lətç­ilik ideyalarına həmişə sadiq qalacağını, müstəqilliyimizin, ic­ti­mai-siyasi sabit­li­yin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qo­runması istiqamətində prezident İlham Əliyev tərə­findən həyata keçirilən dövlətçilik tədbirlərində həmişə yaxından iştirak edəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR