Sabah Azərbaycan paytaxtında bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah Azərbaycan paytaxtında bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 11 dekabr 2012 08:08 (UTC +04:00)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, dekabrın 12-də saat 07-00 dan tədbir bitənə kimi Fəxri Xiyaban və Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. V. Əsədov həmçinin bildirib ki, tədbir qurtarana qədər Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi-Teleteatr binası yanı və Parlament prospektinə bitişik digər ərazilərdə, Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrinin kəsişməsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR