Allahşükür Paşazadə: “Bir çox ölkə Azərbaycandakı dini dözümlülükdən nümunə götürməlidir”

Allahşükür Paşazadə: “Bir çox ölkə Azərbaycandakı dini dözümlülükdən nümunə götürməlidir”
# 19 dekabr 2012 09:03 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Azərbaycanın ərazisinin 20 faizi işğal edilib, bir milyon qaçqın və məcburi köçkünümüz var. Buna baxmayaraq, münaqişənin sülh yolu ilə həll edilməsinə çalışırıq. Xocalı soyqırımına laqeyd qalan “Freedom House” və digər Avropa təşkilatlarının Azərbaycana qərəzli münasibəti anlaşılan deyil”. APA-nın məlumatına görə, bunu “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda çıxışında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə söyləyib.

A. Paşazadə deyib ki, Bakıda xristianlar, hətta sayı az olan katolik icması üçün də kilsə tikilib: “Tolerantlığın daha bir nümunəsi isə erməni katolikosunun Bakıya gəlməsidir”.

QMİ sədri bildirib ki, bir çox ölkə Azərbaycandakı dini dözümlülükdən nümunə götürməlidir.

Şeyxülislam onu da qeyd edib ki, SSRİ dağılanda Azərbaycanda 18 məscid vardısa, hazırda müsəlmanlar üçün ibadət yerlərinin sayı 2 minə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR