İran səfiri Möhsün Pak Ayin “APA Holding”in qonağı olub - FOTOSESSİYA

İran səfiri Möhsün Pak Ayin “APA Holding”in qonağı olub   - <span style="color: red;">FOTOSESSİYA
# 12 dekabr 2012 08:09 (UTC +04:00)

APA-nın məlumatına görə, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı ilə görüşən səfir bildirib ki, Azərbaycanın media qurumları ilə sıx əməkdaşlıq etmək niyyətindədir və bu məqsədlə ölkənin aparıcı kütləvi informasiya vasitələri ilə tanışlıq xarakterli görüşlər keçirir. İlk görüşü “APA Holding”ə daxil olan media qurumları ilə keçirdiyini deyən səfir Möhsün Pak Ayin seçimini bu media qurumlarının informasiya siyasətinin daha düzgün qurulması, məlumatlarda bütün tərəflərin mövqelərinin eyni səviyyədə işıqlandırılması ilə izah edib.

APA Holding”in prezidenti Vüsalə Mahirqızı holdinqə daxil olan media qurumlarının yürütdüyü informasiya siyasəti, iş prinsipləri barədə İran səfirinə geniş məlumat verib. Səmimi şəraitdə keçən görüşdə səfiri maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR