Yığmamız FİFA reytinqində 2 pillə irəliləyəcək

Yığmamız FİFA reytinqində 2 pillə irəliləyəcək
# 31 mart 2017 10:35 (UTC +04:00)

Milli komandaların aprelin 6-da dərc olunacaq FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb. Apasport.az saytının məlumatına görə, təxmini siyahıda martda keçirilmiş DÇ-2018-in seçmə və yoxlama oyunlarının nəticələri də əksini tapıb.

Bu ayın əvvəlində açıqlanan siyahı ilə müqayisədə cədvəldə bir sıra dəyişikliklər baş verib. Yerdəyişmələr Azərbaycan millisindən də yan ötməyib.

Martın 9-da yoldaşlıq oyununda Qətəri 2:1 hesabı ilə yenib, 26-da Almaniya ilə seçmə matçında 1:4 uduzan yığmamız xal hesabını 380-dən 386-ya çatdırıb. Bu da Robert Prosineçkinin yetirmələrinin mövqeyində əksini tapıb. Komandamız 89-cu yerdən 87-ci qalxıb.

Millimiz 4 komandanı - Qətər, Qvatemala, Qvineya-Bissau, Sent-Kitts və Nevis yığmalarını arxada qoyub. Amma Suriya və Boliviyanın sıçrayışla bizi də keçməsi cəmi 2 pillə irəliləməyimizlə nəticələnib.

Millimiz və “qonşular”ı

83 (66). Benin – 396

84 (78). Konqo – 392

84 (87). Qabon – 392

86 (81). Norveç – 387

87 (89). Azərbaycan – 386

88 (98). Svazilend - 378

89 (90). Zambiya – 370

90 (84). Qətər – 369

91 (106). Mavritaniya - 366

Təxmini siyahıya baxsaq, dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər olub. Braziliya 7 ildən sonra 1-ci pilləyə yüksəlib. Argentinanın 1 illik liderliyi sona çatıb. Uruqvay “onluq”dan ayrılaraq, yerini İsveçrəyə verib. Belçika ilə Kolumbiya isə 5-ci və 7-ci yerdəki mövqelərini dəyişib.

İlk “onluq”

2 (1). Braziliya – 1661

1 (2). Argentina – 1603

3 (3). Almaniya – 1464

4 (4). Çili – 1403

5 (7). Kolumbiya – 1348

6 (6). Fransa – 1294

7 (5). Belçika – 1281

8 (8). Portuqaliya – 1259

9 (11). İsveçrə - 1212

10 (10). İspaniya – 1204

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində bir sıra dəyişikliklər olub. Almaniya mövqeyini qoruyubsa, Şimali İrlandiya 9 pillə irəliləyib. Digər komandalar isə geriləyib. Norveç 5 pillə geri düşməklə yığmamıza qonşu olub. 86-cı pillə Norveç futbol tarixinin antirekordudu. Bu da siyahının rəsmi açıqlanacağı aprelin 6-da tarixə düşəcək. Ehtimallara görə Çexiya 4, San-Marino 1 addım aşağı yuvarlanıb.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (3). Almaniya – 1464

26 (35). Şimali İrlandiya - 823

46 (42). Çexiya - 679

86 (81). Norveç - 387

204 (203). San-Marino – 12

Qeyd edək ki, qonşu Türkiyə yığması 4 pillə irəliləməklə 22-ci yerə düşüb. “Ay-ulduzlular”ın hesabında 863 xal var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR